Kanadalı deputat Azərbaycanın Respublika Gününü təbrik edib - VİDEO

22:40 28-05-2021 494

Kanada parlamentinin deputatı, Kanada-Azərbaycan Parlament Dostluq Qrupunun sədri Filip Lourens Azərbaycan xalqını və ölkəsində yaşayan azərbaycanlıları 28 May Respublika Günü münasibətilə təbrik edib.

Bu barədə Kanada Azərbaycanlıları Şəbəkəsi diaspor təşkilatı özünün “Twitter” səhifəsində məlumat yayıb.

“Kanada-Azərbaycan Dostluq Qrupunun sədri olaraq, bu gün Azərbaycan xalqına və Azərbaycan əsilli kanadalılara xoşbəxt bir Respublika Günü arzulamaq üçün tribunaya qalxmaq şərəfi mənə nəsib olub”, - deyə millət vəkili bildirib.

Diaspor təşkilatı Kanada-Azərbaycan Parlament Dostluq Qrupu adından səmimi təbriklərinə görə F.Lourensə təşəkkür edib və öz adından da Azərbaycan xalqını təbrik edib.