“Huawei” şirkəti “Android”in əvəzləyicisini təqdim etdi

14:54 09-08-2019 487

ABŞ hakimiyyətinin məhdudiyyətlər tətbiq etdiyi “Huawei” şikəti mobil telefonlar üçün özünün “Harmony OS” əməliyyat sistemini təqdim edib.

TASS xəbər verir ki, yeni əməliyyat sistemi hazırda istifadədə olan “Android”i əvəzləyə bilər.

“Harmony OS” əməliyyat sistemi “Android”i təkrarlamır. O, mikronüvə əsasında işləyir və müxtəlif qurğuları – kompüterləri, telefonları və ev üçün texnikanı – sinxronlaşdırmağa imkan verir.

Xatırladaq ki, “Huawei” şirkəti ABŞ-ın Ticarət Nazirliyinin “qara siyahı”sına salındıqdan sonra “Google” korporasiyası onu “Android” yenilənmələrinə girişdən məhrum etmişdi.