Azərbaycan və Türkiyə Baş Prokurorları arasında memorandum imzalanacaq

14:40 30-05-2021 399

Azərbaycan və Türkiyə Baş Prokurorları arasında memorandum imzalanacaq.

Bu barədə HerGun.Az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, imza mərasimi sabah baş tutacaq:

“31 may 2021-ci il tarixdə Baş Prokurorluğun inzibati binasında anlaşma memorandumu imzalanacaq. Azərbaycan Respublikası tərəfindən memorandum Azərbaycan Respublikasının Baş prokuroru cənab Kamran Əliyev, Türkiyə Respublikası tərəfindən Türkiyə Respublikası Ali Məhkəməsinin Baş prokuroru cənab Bekir Şahin imzalayacaq.

Daha sonra media nümayəndələri üçün mətbuat konfransı olacaqdır”.