İsmayıllıda keçmiş polis məmuru ağaca çırpılan maşında öldü - FOTO

23:00 09-08-2019 482

İsmayıllı rayonunda ölümlə nəticələnən qəza baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saatlarında İsmayıllının İvanovka qəsəbəsi ərazisində qeydə alınıb.

Göyçay rayon sakini Mahmudov Arzu Mahmud oğlu idarə etdiyi “VAZ-21015” markalı minik avtomobili ilə hərəkət edərkən idarəetməni itirib, nəticədə maşın yoldan çıxaraq ağaca çırpılıb.

Hadisə nəticəsində sürücü dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, Arzu Mahmudov uzun müddət İsmayıllı rayon Polis Şöbəsinin əməkdaşı olub, yaxın aylarda təqaüdə çıxıb.

Faktla bağlı İsmayıllı Rayon Polis İdarəsində araşdırma aparılır.

Nazir Quliyev