Zibil atmağa gedirdi, maşın vurdu

00:27 10-08-2019 424

Salyanda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Arbatan kəndində baş verib.

Belə ki, kənd sakini, 1956-cı il təvəllüdlü Feyzullayeva Rəhilə Əyyub qızı zibil atmaq məqsədilə evdən bayıra çıxıb.

Evin qarşısındakı yolu keçən zaman onu minik avtomobili vurub.

Qapalı kəllə-beyin travması alan qadın Salyan Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.