Hacıqabul sakini özünü asıb

08:54 10-08-2019 601

Hacıqabul rayonunda intihar hadisəsi baş verib. 

HerGun.Az-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Muğan qəsəbəsində qeydə alınıb. 

Qəsəbə sakini, 1992-ci il təvəllüdlü Əhmədli Qüvvət Taqət oğlu həyətdəki yarımtikilidə özünü asaraq intihar edib. 

Hadisənin səbəbləri hələ məlum deyil. 

Faktla bağlı araşdırma aparılır.