“Ford”la “Jiquli” toqquşdu: yaralılar var - FOTO

13:36 10-08-2019 439

Tovuz rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində qeydə alınıb.

54 yaşlı İsmayılov Azər İlyas oğlunun idarə etdiyi “VAZ 2107” markalı maşınla “Ford” markalı yük maşını toqquşub.

Nəticədə, “Jiquli”nin sürücüsü və üç nəfər sərnişini müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Nazir Quliyev