Gəncədə qohumlar arasında dava olub, ölən var

02:00 13-06-2021 279

Gəncə şəhərində yaşlı kişi ailədaxili münaqişə zəminində aldığı yumruq zərbəsindən sonra halı pisləşərək ölüb.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, şəhərin Bayan küçəsi 110 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Əlixan Cəfərov sərxoş qardaşı ilə mübahisə edib və o, vaxt yumruq və təpik zərbələri alıb. Bundan sonra Ə.Cəfərovun halı pisləşib və yerindəcə vəfat edib.

Mübahisə zamanı məhrumun övladları, Sərxan və Elxan da üz nahiyəsindən xəsarətlər alıb. Onlara da əmiləri tərəfindən xəsarət yetirildiyi bildirilir.

Qonşuların sözlərinə görə, qardaşlar arasında mübahisə mülk üstündə yaranıb. Onlar əvvəllər də mübahisə ediblər.

Ə.Cəfərovun ölüm səbəbini öyrənilməsi üçün meyti məhkəmə-tibb ekspertizasına təhvl verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.