Dünya əhalisinə vurulan koronavirus peyvəndinin sayı açıqlandı

03:40 13-06-2021 337

Dünyada ümumilikdə 2 milyard 330 milyondan çox koronavirus peyvəndi vurulub.

Bu barədə “Haber Global” yazıb.

Ən çox peyvənddən istifadə olunan ölkə Çin olub. Bu ölkədə əhaliyə ümumilikdə 863 milyon 510 min peyvənd vurulub. İkinci sıradakı ABŞ-da bu göstərici 306 milyon 510 min, üçüncü Hindistanda isə 249 milyon 600 min olub. İlk beşliyə həmçinin Braziliya və İngiltərə də daxil olub.