Kəlbəcər işğaldan əvvəl və sonra Reza Deqatinin gözü ilə - FOTO

16:00 15-06-2021 34

Məşhur fotoqraf Reza Deqati Kəlbəcər rayonundan yeni görüntülər paylaşıb.

O, bu barədə “Instagram” səhifəsində paylaşıb.

R.Deqati Kəlbəcərin işğaldan əvvəlki və azad edildikdən sonrakı şəkillərini paylaşıb:

“Ermənilər şəhəri işğal etmədən əvvəl əhalinin oradan çıxması üçün cəmi 10 saat vaxt veriblər.

Onlar ya qaçdılar, ya da öldülər. Əhalinin çoxu qarlı dağlarda öldü. Ermənilər orada məzarlıqlar daxil olmaqla hər şeyi məhv ediblər”.

“Hər zaman Kəlbəcərdə muzeyləri və unikal fəsadları görmək istəyirdim. Oraya daxil olanda heç nə tapa bilmədim. Muzeylərin təməlini belə məhv ediblər. 

Minlərlə tarixi abidələr haradadır? Xahiş edirəm ki, bunu UNESCO ilə paylaşın və sual verin”, - deyə fotoqraf əlavə edib.  

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by REZA (@rezaphotography)