AzTV-nin “Haber Global”la ortaq yayımında tarixi Şuşa səfəri təhlil olunub – VİDEO

23:20 15-06-2021 398

Azərbaycan Televiziyasının “Əsas məsələ” tok-şousu Türkiyənin “Haber Global” telekanalı ilə ortaq yayım formatında efirə çıxıb.

Tofiq Abbasovun təqdimatında verilişin qonaqları Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri, Şuşa bəyannaməsinin imzalanması və bu tarixi hadisənin bölgə üçün əhəmiyyəti barədə fikir mübadiləsi aparıblar.