Ötən ay xüsusi şərtlərlə əmək pensiyası alanların sayı AÇIQLANDI

11:20 16-06-2021 43

2021-ci ilin may ayında xüsusi şərtlərlə əmək pensiyası alanların sayı 127,2 min nəfərdən çox olub.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) məlumat yayıb.

Bunun 97 min nəfərdən çoxu yaşa görə, 16,7 min nəfərdən çoxu əlilliyə görə, 13,5 min nəfərdən çoxu isə ailə başçısını itirməyə görə əmək pensiya alanlardır.