Norveçdə məscidə silahlı hücum: yaralı var

21:27 10-08-2019 651

Norveçin Oslo şəhərində məscidə silahlı hücum olub.

HerGun.Az-ın Rosbalt agentliyinə istinadən verdiyi xəbərə görə, naməlum şəxs Oslo şəhərindəki məsciddə atəş açıb.

“Dagbladet” qəzeti xəbər yayıb ki, insident nəticəsində bir nəfər xəsarət alıb.
 
Hücum edən şəxs saxlanılıb, polis insident baş verən ərazidə araşdırma aparır.