Hollivud ulduzu Marqo Robbinin istirahətdən görüntüləri paylaşıldı - FOTO

03:40 19-06-2021 520

30 yaşlı Hollivud ulduzu Marqo Robbi və onun 31 yaşlı həyat yoldaşı Tom Akerlinin Meksikada istirahətindən görüntüləri yayılıb.

“Star News”un məlumatına görə, cütlük Puerto-Valyartedəki villalarında dincəlir.

Qeyd edək ki, Marqo Robbi rejissor assisenti olan həyat yoldaşı ilə 2014-cü ildə “Suite Française” filminin çəkilişləri zamanı tanış olublar, 2016-cı ildə isə evləniblər.