Ermənistanda qalmaqallı seçki davam edir: Partiyaların nümayəndələri bir-birinə girdi, atəş açıldı

12:20 20-06-2021 316

Ermənistanın Ararat vilayətinin Azataşen kəndindəki seçki məntəqələrindən birində atəş səsləri eşidilib.

Bu barədə “Sputnik Ermənistan” məlumat yayıb.

Hadisə ilə bağlı yerli vaxtla 08:30 radələrində polisə müraciət daxil olub. Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları “Çiçəklənən Ermənistan” və “Verelk” partilarının nümayəndələri arasında dava düşdüyünü müəyyən edib. İnsident iştirakçılarından biri silahı ilə bir neçə dəfə atəş açıb.

Faktla bağlı araşdırma başladılıb.