“Qalatasaray”ın yeni prezidentindən baş məşqçi açıqlaması – FOTO

01:00 21-06-2021 423

“Qalatasaray” klubunun yeni seçilmiş prezidenti Burak Elmas növbəti mövsüm futbol komandasını çalışdıracaq şəxsin adını açıqlayıb.

Özünün “Twitter” səhifəsində məsələyə aydınlıq gətirən klub rəhbəri “Cim-Bom”la müqaviləsi bitən Fatih Terimin yenidən komandanın sükanı arxasına keçəcəyini bəyan edib.

O bildirib ki, artıq sabahdan etibarən Terim komandanın məşqlərinə qatılacaq.