Fransa Qran-prisini Ferstappen qazanıb

01:40 21-06-2021 355

“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen Formula 1 üzrə Fransa Qran-prisinin qalibi olub.

Oxu.az xəbər verir ki, turnirin “Pol-Rikar” avtodromunda keçiriln sayca yeddinci mərhələsindəki qələbəsi sayəsində Ferstappen xallarını 131-ə çatdırıb.

Bugünkü yarışda ikinci yeri tutan “Mercedes” komandasının üzvü Lüis Hemilton ümumi yarış cədvəlində də ikinci pillədə qərarlaşıb. Onun hesabında 119 xalı var.

Fransada finişə üçüncü çatan isə hazırda ümumi hesabda da ilk üçlüyü qapayan “Red Bull”un digər pilotu Serxio Peres olub. Hazırda onun aktivində 84 xal var.

Qeyd edək ki, yeddi turdan sonra “Red Bull” konstruktorlar kubokunda da liderdir.