Beyləqanda Şəhidlər abidə kompleksinin açılış mərasimi keçirildi

21:53 21-06-2021 55

    19 iyun 2021-ci il tarixdə  Beyləqan şəhərində  şəhid Azərbaycanın Milli Qəhrəmanı Akif Əkbərov küçəsi ilə, şəhid Elxan Əliyev  küçələrinin kəsişməsində  Birinci Qarabağ və İkinci Qarabağ müharibəsində canlarını Vətən uğurunda fəda edən   Beyləqan şəhər  şəhidlərinin  xatirəsinə ucaldılmış abidə kompleksinin   açılış mərasimi olmuşdur.

Əvvəlcə Azərbaycan Respublikasının  Dövlət Himni səsləndi.

Aparıcı şair Elman İsrafiloğlu  Beyləqanın tarixinə qısa səyahət etdi. İlk öncə çıxış etmək üçün Beyləqan rayon İcra  Hakimiyyətinin  başçısı cənab Asif Ağayevə söz verdi. Beyləqan rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev 44 gün davam edən müharibədə  Beyləqanlıların  dəmir yumuruq kimi birləşərək Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin  rəhbərliyi  ilə müzəffər Ordumuzun tərkibində göstərdiyi  qəhrəmanlıqdan söz açdı.    44 günlük Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuz cəbhənin bütün istiqamətlərində  şücaət, qəhrəmanlıq  göstərməsindən bəhs etdi. Bildirdi ki, bu qəhrəmanların qarşısında  dayana bilməyən düşmən mövqelərinin  tərk edərək qaçmışlar. Dekabır ayının 10-da Zəfər bayramını qeyd etdik. Çıxışının sonunda Cənab Asif Ağayev  şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə  Allahdan şəfa dilədi.

    Sonra Şəhidlər abidə kompleksinin  üzərindən ağ örtüyü götürmək üçün Beyləqan rayon İcra  Hakimiyyətinin  Başçısı cənab Asif Ağayevi, Azərbaycanın Milli Qəhrəmanı  Akif Əkbərovun nəvəsi Akif Əkbərov  abidə önünə dəvət edildi. Abidənin önündən ağ örtük götürüldükdən sonra  birinci Qarabağ və ikinci Qarabağ müharibəsində  həlak olan Şəhidlərin  xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

     Sonra  Beyləqan rayon İcra hakimiyyəti adından, Beyləqan rayon Qaziləri adından, Beyləqan rayon  F.Hacıyev adına 2 nömrəli tam orta məktəbin  kollektivi adından, məhəllə sakinləri adından   şəhidlər abidə kompleksinin önünə əklillər qoyuldu, rayon ictimaiəti abidə onünə gül çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad etdilər.

   Şəhid ailələrinin  üzvləri  abidə önünə dəvət edildi. Şəhid ailələrinin üzvlərindən  Azərbaycanın Milli Qəhrəmanı   Akif Əkbərovun bacısı Qəmər Fərhadova, Şəhid  İlqar Mehdi oğlu İsmayılovun anası Sara İsmayılova, Şəhid Vasif Quliyevin atası Tahir  Quliyev çıxış edərək Dövlətimizin Rəhbəri Prezident cənab İlham Əliyevə  şəhid ailələrinə göstərdiyi diqqət və qayğıya görə təşəkkürünü bildirdilər.

Qarabağ Müharibəsi Veteranları Şəhid Ailələri İctimai Birliyinin Beyləqan rayon şöbəsinin sədri  Rövşən Namazəliyev,Qarabaq müharibəsi Qazilər Birliyinin  Beyləqan bölməsinin  üzvlərindən Həsənov Orxan Həsən oğlu, Heydərov Orxan İlyas oğlu, Azərbaycan Respublikası  Şəhid  Ailələri Əlilləri və  müharibə  veteranları  İctimai birliyinin sədri Tahir  Məmmədov, Tərəqqi medallı tarix müəllimi Nadir Abdullayev  çıxış etmişlər.

   Beyləqan şəhər  F.Hacıyev adına 2 nömrəli tam orta məktəbin şagirdləri şəhidlərimizə həsr olunan şeirlər  söylədilər.Tədbirin sonunda şair Elman İsrafiloğlu Şəhidlər abidə kompleksinin  ucaldılmasında  zəhməti olan  məhəllə sakinlərinin hər birinə təşəkkürünü bildirdi.  Abidə önündə xatirə şəkilləri çəkdirdilər.

Sizin qarşınızda baş əyirik biz,

Bizə haqqınızı halal eyləyin.

Bayraq tək  dayanıb,  ucada hər vaxt,

Adı  qəlblərdədi,  hər bir şəhidin.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Elman İsrafiloğlu