Beyləqan qazisini qarşıladı

22:27 21-06-2021 64

    18  iyun 2021-ci il tarixdə qəlpğ yarasından  Bakı şəhərində Hərbi hospitalda müalicə alaraq qazi kimi doğulduğu rayona, ata yurduna qayıdan qazi  Heydərov Orxan İlyas oğlunun  Beyləqanda təntənəli qarşılanma mərasimi keçirilmişdir.

     Qazinin  qarşılanma mərasimində  Beyləqan rayonu  Mədəniyyət evinin  kollektivi, Beyləqan rayon Mədkəzləşmiş Kitabxanalar sisteminin işçiləri, Beyləqan rayon Tarixdiyarşünaslıq muzeyinin  işçiləri, Yeni Azərbaycan Partiyasının  Beyləqan rayon təşkilatının nümayəndələri, Azərbaycan Respublikası  Şəhid ailələrinə “Qayğı” cəmiyyətinin Beyləqan rayon təşkilatını üzvləri,  Qazilər,  Qarabağ müharibəsi veteranları , mətbuat işçiləri, qazimizin qohumları, rayon sakinləri  iştirak etmişlər.

     Əvvəlcə Qazimiz  Beyləqan rayonu Şəhidlər Xiyabanında  olmuş 44 günlük Vətən müharibəsində şəhid olan Beyləqan şəhidlərini  ziyarət etmiş, məzarları önünə gül –çiçək düzmüşdür. Eyni zamanda Qazimiz  müharibə zamanı həlak olan  igidlərimizin  xatirəsinin ucaldılmış  Nəməlum əsgər abidəsini  də ziyarət  edərək abidə önünə gül dəstəsi düzərək xatirələrini ehtiramla yad etmişdir.

Sonra  qazimiz in ata evində doğmaları tətəfindən qarşılanması oldu.

   Torpaqlarımızın  işğalçı ermənilərdən azad olunmasında  şəhid olan  şəhidlərimizə allah rəhmət eləsin. Qazilərimizə  Allahdan  şəfa diləmişlər.

Elman İsrafiloğlu