Əlilliyin qiymətləndirilməsi ilə bağlı dəyişikliklər nə zaman qüvvəyə minəcək? - RƏSMİ

12:20 22-06-2021 438

Milli Məclisin iclasında Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev əlilliyin təyin olunması ilə bağlı 60 qanuna edilən dəyişikliyi üçüncü oxunuşda şərh edib. 

HerGun.Az-ın xəbərinə görə, M.Quliyev bildirib ki, əlilliyin orqanizmin funksiyasının pozulmasına görə qiymətləndirilməsi zamanı meyarların cədvəlində olan xəstəliyə uyğun əlillik təyin olunacaq. 

O məsələni belə izah edib: 

“Məsələn, tək böyrəyin zədələnməsi xroniki böyrək çatışmazlığı 80 faiz əlillik kimi qiymətləndirilir. Dərəcələr arasındakı qiymətləndirmə 1 faiz aralığı ilə deyil, 5 faiz aralığı ilə differensiallaşdırılacaq”. 

Deputat bildirib ki, dəyişikliklərin 1 iyul 2022-ci il tarixindən qüvvəyə minməsi gözlənilir. 

Bundan əvvəlki layihələrin mətnində isə dəyişikliklərin 2022-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulmuşdu. 

Aqşin Kərimov