Daha bir erməni hərbçisinin cəsədinin qalıqları aşkar olunub

21:40 22-06-2021 466

Qarabağda hərbi əməliyyatların gedişində həlak olmuş daha bir erməni hərbçinin cəsədinin qalıqları aşkar olunub.

Bu barədə erməni KİV məlumat yayıb.

Cəsədin qalıqları Füzuli rayonu ərazisində aparılan axtarışlar zamanı tapılıb.

Qalıqların kimə məxsus olmasının məhkəmə-tibbi ekspertizasından sonra müəyyənləşəcəyi bildirilib.

Qeyd edək ki, bununla da, indiyədək Qarabağ və ətraf ərazilərdə tapılan erməni hərbçilərinə məxsus cəsədlərin sayı 1584-ə çatıb.