Külək güclənib, dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb - FAKTİKİ HAVA

13:00 11-08-2019 401

Əvvəlcədən xəbər verildiyi kimi, avqustun 11-də Bakıda və Abşeron yarımadasında, ölkənin bəzi ərazilərində külək əsir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentdən HerGun.Az-a bildiriblər ki, şimal-qərb küləyi arabir Maştağada 38, Bakıda 33-36, Sumqayıtda 30, Ələtdə 28, Pirallahıda 29, Qum adasında 26, Çilov adasında 22-25, Neftçalada 28-33, Xaçmazda 14-18, Nabranda 20, Neft Daşlarında 20-23 metr/saniyəyədək güclənib.

Dəniz stansiyasının məlumatına əsasən, Xəzər dənizində dalğanın hündürlüyü 5,8 metrə çatıb. Güclü külək axşam saatlarınadək davam edəcək.