Qaradağda “Mercedes” “KamAZ”la toqquşdu: iki ölü, iki yaralı

17:27 11-08-2019 403

Qaradağ rayonunda ölümlə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

HerGun.Az xəbər verir ki, “Mercedes” və “KamAZ” markalı maşınların toqquşması nəticəsində iki nəfər ölüb, daha iki nəfər isə xəsarət alıb.

Fövqəladə Hallar Nazirliyindən HerGun.Az-a bildirilib ki, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri “Mercedes” markalı minik avtomobilində sıxılı vəziyyətdə qalan Arif Allahverdiyevin və Mübariz Allahverdiyevin meyitlərini və müxtəlif xəsarətlər alan digər 2 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitələrindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.