İki gün ərzində 23 suriyalı hərbçi həlak olub

04:09 12-08-2019 442

Suriya ordusunun 23 hərbçisi 10-11 avqust tarixlərində yaraqlılar tərəfindən edilən hücum nəticəsində həlak olub, daha 7-si yaralanıb.

RİA Novosti” xəbər verir ki, yaraqlılar avqustun 10-da Sukayk-Açan istiqamətində, İkko yaşayış məntəqəsi ərazisində, avqustun 11-də isə Murek-Açan və Kafer-Ayn — Kafer-Nbuda istiqmətlərində hökumət qoşunlarının mövqelərinə hücum ediblər.

Məlumata görə, yaraqlıların bütün hücumlarının qarşısı alınıb. Bu zaman 23 hərbçi ölüb, daha 7-si yaralanıb. Yaraqlıların sayı əvvəlcədən 700 nəfər olsada sonra onlar ciddi itkilərlə üzləşiblər.