Conni Deppin qalmaqalla ayrıldığı keçmiş həyat yoldaşı ana oldu - FOTO

05:40 03-07-2021 532

Tanınmış amerikalı aktyor Conni Deppin keçmiş həyat yoldaşı 35 yaşlı Amber Hörd ana olduğunu elan edib.

Hollivud ulduzu bu barədə özünün “Instagram” hesabından bildirib.

Hördün sözlərinə görə, Una Peyc adlı qızı aprel ayında dünyaya gəlib, ancaq o, bu barədə indi xəbər verib.

“O, mənim donmuş həyatımın başlanğıcıdır”, - deyə aktrisa qızı haqqında vurğulayıb.

“Page Six” nəşrinin məlumatına görə, uşağı surroqat ana dünaya gətirib. Aktrisa hələ 4 il əvvəl uşaq sahibi olmaq istədiyini qeyd edib.

Hörd uşağın atasının adını açıqlamayıb.

Qeyd edək ki, amerikalı aktyor Conni Deppin keçmiş həyat yoldaşı Hörd ərini məişət zorakılığnda ittiham edərək ondan boşanmışdı.