“Neftçi”nin Çempionlar Liqasının Bakıdakı oyununun hakimi bilindi

10:20 05-07-2021 370

“Neftçi”nin UEFA Çempionlar Liqasında Bakıdakı oyununun hakimləri bilinib.

HerGun.Az xəbər verir ki, Gürcüstanın “Dinamo” (Tbilisi) klubu ilə I təsnifat mərhələsinin cavab oyununa Moldovadan olan hakimlərə təyinat verilib.

Matçın referisi Dmitri Muntyan olacaq. Ona Vlad Lifçu və Vadim Vikol köməklik göstərəcək. Dördüncü hakim funksiyasını isə Qabriel Tupiçike yerinə yetirəcək.

Qeyd edək ki, “Neftçi” – “Dinamo” matçı iyulun 14-də keçiriləcək. Saat 21:00-da başlayacaq oyun “Bakcell Arena”da baş tutacaq.