Yaponiyalı qadın su tapançası ilə Olimpiya məşəlini söndürməyə cəhd etdi – VİDEO

01:00 08-07-2021 452

Yaponiyada Olimpia məşəli estafeti zamanı maraqlı insident baş verib.

Görüntülər sosial şəbəkələrdə yayılıb.

İbaraki prefekturası sakinlərindən biri su tapançası ilə məşəli söndürməyə cəhd edib. Lakin 53 yaşlı qadının cəhdi uğursuz olub.

Polis tərəfindən saxlanılan xanım ölkədə Olimpiadanın keçirilməsinin əleyhinə olduğunu bildirib.