Zinçenko ona ayrılan mükafatla alman cərrahı Ukraynaya gətirdib uşaqları əməliyyat etdirdi - FOTO

05:00 08-07-2021 453

Ukrayna millisinin yarımmüdafiəçisi Aleksandr Zinçenko AVRO-2020-dəki uğurlu çıxışa görə təyin olunan mükafatı xeyriyyə işlərinə sərf edib.

Bu barədə futbol üzrə Ukrayna millisinin sosial şəbəkə hesabında qeyd olunub.

Belə ki, futbolçu mükafatı Lvov şəhərinə məşhur almaniyalı plastik cərrah Klaus Eksnerin gətirilməsi üçün sərf edib. Almaniyalı cərrah bir həftə ərzində anadan gəlmə qüsurları və ya yanıq xəsarətləri olan uşaqları əməliyyat edəcək.