Dünya bazarında neft qiymətləri necə dəyişib?

11:20 08-07-2021 401

Dünya bazarında neft ucuzlaşıb.

Bu barədə “İnterfaks” məlumat yayıb.

WTI markalı neftin avqust fyuçersləri 0,33 faiz ucuzlaşıb və bir barelinin qiyməti 71,96 ABŞ dolları təşkil edib.

“Brent” markalı neftin sentyabr fyuçersləri 0,18 faiz ucuzlaşıb və dəyəri 73,3 ABŞ dolları olub.