Ukrayna XİN münaqişədən sonrakı dövrdə Qarabağın bərpası haqqında

17:40 08-07-2021 488

“Yerli əhalinin mümkün qədər tez bir zamanda normal həyata qayıtması üçün Ukrayna Azərbaycanın azad edilmiş rayonlarında mülki infrastrukturun bərpasına hər cür kömək göstərməyə hazırdır”.

Ukrayna Azərbaycanlıları Radasının (RAU) Baş katibi Cəlal Hüseynov “Report”un Şərqi Avropa bürosuna bildirib ki, bunu Ukrayna Xarici İşlər Nazirliyinin ikinci ərazi departamentinin direktoru Vasiliy Zvariç Ukrayna prezidentinin Krım üzrə daimi nümayəndəsi Anton Korinoviçin sorğusu əsasında RAU-nun rəsmi məktubuna cavab olaraq bildirib.

“Dağlıq Qarabağda müharibənin dayandırılması haqqında Azərbaycan, Ermənistan və Rusiya arasında əldə edilmiş razılaşmadan sonra növbəti addım regionda sabitliyin və fəaliyyətin bərpası, həmçinin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq əsasında tam həllinə nail olmaq üçün beynəlxalq səylərin davam etdirilməsi olmalıdır.

Yerli əhalinin mümkün qədər tez bir zamanda normal həyata qayıtması üçün Ukrayna Azərbaycanın azad edilmiş rayonlarında mülki infrastrukturun bərpasına hər cür kömək göstərməyə hazırdır.

Ukrayna tərəfi davamlı sülhün təmin edilməsi məqsədilə Azərbaycan və Ermənistan arasında siyasi-diplomatik dialoqun davam etdirilməsi mövqeyinə sadiqdir”, - Vasiliy Zvariç bildirib.