Xələf Xələfov Xəzərlə bağlı İşçi Qrupun növbəti iclasında müzakirə olunacaq məsələləri açıqlayıb

12:40 09-07-2021 464

“Xəzər dənizi məsələləri üzrə yüksək səviyyəli İşçi Qrup çərçivəsində danışıqların davam etdirilməsi ilə bağlı Türkmənistan tərəfindən təklif gözləyirik”.

Bunu “Report”a açıqlamasında xarici işlər nazirinin müavini, Azərbaycan Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov deyib.

O bildirib ki, pandemiyadan əvvəl Xəzərlə bağlı cədvələ uyğun olaraq mütəmadi görüşlər olurdu, lakin mövcud vəziyyət belə toplantıların keçirilməsini çətinləşdirir.

“Türkmənistan görüş təklifini bütün tərəflərlə razılaşdırdıqdan sonra, yəqin ki, yüksək səviyyəli İşçi Qrupun növbəti iclası keçiriləcək. Toplantının gündəliyində çox mühüm məsələlər var. Birinci, Qazaxıstan sammitinin nəticələrinin yerinə yetirilməsi ilə bağlı tədbirlərin davam etdirilməsidir. İkincisi, bazis xətlərlə bağlı sazişlərin razılaşdırılması da aktual məsələdir. Növbəti sammitin keçirilməsi ilə bağlı hazırlıq işlərinin gedişi, mövcud layihələrin vəziyyəti, onların işə salınması və razılaşdırılmasının davam etdirilməsi məsələləri gündəlikdə olacaq”, - prezidentin xüsusi nümayəndəsi vurğulayıb.