Macarıstanın XİN rəhbəri UEFA-ya qəzəbləndi: “Zavallı və qorxaq orqan”

21:20 10-07-2021 377

Macarıstanın Xarici İşlər naziri Peter Siyyarto UEFA-nın Avro-2020 qarşılaşmaları zamanı diskriminasiya xarakterli insidentlərə görə Macarıstan millisinə üç oyun azarkeşsiz oynamaq cəzası verməsini tənqid edib.

Bu barədə XİN rəhbəri “Facebook” hesabında yazıb.

“Meydana çıxıb himn oxuyan oyunçuları təhrik edə, qapıçının gözünə lazerlə işıq sala, yad cisimlər ata bilərsiniz, ancaq möhtəşəm atmosfer yaradıb oynamaq olmaz. Bu cür qərarı qəbul edən komitə zavallı və qorxaq orqandır”, - deyə nazir bildirib.