Kapello Avro-2020 finalı barədə: “Dünyanın ən yaxşı qapıçısı İtaliyadadır”

00:20 11-07-2021 425

İtaliyalı məşqçi Fabio Kapello Avro-2020-nin final oyunundan gözləntilərini açıqlayıb.

Bu barədə “Corriere dello Sport” məlumat yayıb.

“İtaliyada dünyanın ən yaxşı qapıçısı oynayır, bunu isə İngiltərə barədə demək olmaz. Pikford İngiltərə çempionatında yaxşı oynamadı, heç olmasa Ançelottidən soruşun. Ancaq o nə dünya çempionatı, nə də Avropa çempionatında səhv etmədi”, - deyə Kapello bildirib.

Xatırladaq ki, Avro-2020-nin final qarşılaşmasında İtaliya və İngiltərə milliləri qarşılaşacaq.