“Copa America”nın qalibi bəlli oldu: Messi Argentina millisi ilə ilk mükafatını qazandı - VİDEO

09:40 11-07-2021 489

Futbol üzrə Amerika Kubokunda (Copa Amerika) qalib bəlli olub.

Bu gün Bakı vaxtı ilə səhər saat 04:00-da Rio-de-Janeyrodakı “Marakana - Mario Filyo” stadionunda start götürən oyunda əzəli rəqiblər Braziliya və Argentina qarşılaşıblar.

Görüş ev sahiblərinin məğlubiyyəti ilə yekunlaşıb – 0:1. Matçdakı yeganə qola Anxel di Mariya imza atıb.

O, 22-ci dəqiqədə oyundakı tək qolu vurub.

Argentina 15-ci dəfə bu yarışın qalibi olmaqla Uruqvayın rekorduna şərik olub.

Maraqlıdır ki, bu, Argentinanın kapitanı, dünya şöhrətli Lionel Messinin Argentina millisində ilk kuboku olub.