UEFA Avropa Çempionatı iştirakçılarının sayını artıra bilər

19:00 11-07-2021 391

UEFA Avropa Çempionatı iştirakçılarının sayını 24-dən 32-yə qaldırmaq barədə düşünür.

“Associated Press” xəbər verir ki, müvafiq təklif hazırda təşkilat tərəfindən dəyərləndirilir.

Məlumata görə, məsələ ilə bağlı yekun qərar 2023-cü ilədək qəbul edilməlidir.

İştirakçı sayının artacağı təqdirdə, dəyişikliyin 2028-ci ildən etibarən qüvvəyə minəcəyi gözlənilir.