Uimbldon tennis turnirinin qalibi müəyyənləşib

21:20 11-07-2021 357

Serbiyalı Novak Cokoviç italiyan rəqibi Matteo Berrettinini 3:1 hesabı ilə məğlub edərək karyerasında altıncı dəfə Uimbldon tennis turnirinin qalibi olub.

Sports.ru xəbər verir ki, bununla da, Cokoviç karyerası ərzində 20 “Böyük dəbilqə” seriyalı turniri qazanaraq Nadal və Federerə çatıb.

Qeyd edək ki, builki turnirin mükafat fondu 35 milyon funt-sterlinq təşkil edib.