İngilis fanatlar İtaliya yığmasının hoteli qarşısında atəşfəşanlıq təşkil ediblər

21:40 11-07-2021 353

Dünən gecə saatlarında ingilis futbol azarkeşləri İtaliya seçməsinin yerləşdiyi hotelin qarşısında atəşfəşanlıq təşkil ediblər.

Sports.ru xəbər verir ki, hadisə yerli vaxtla 02:30 radələrində Londonda baş verib.

Qeyd edək ki, bir qədər sonra məhz bu şəhərdəki “Uembli” stadionunda AVRO-2020-nin final qarşılaşması başlayacaq. Həlledici matçda ev sahibi İngiltərə yığması İtaliya millisi ilə üz-üzə gələcək.