Sərbəst güləş üzrə Beyləqan rayon açıq birinciliyi  keçirilib

10:06 12-07-2021 382

11 iyul 2021-ci il tarixdə Beyləqan rayon  Olimpiya İdman Kompleksində  rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin birinci  dəfə hakimiyyətə gəlməsinin 52-ci ildönümünə  həsr olunmuş sərbəst güləş üzrə Beyləqan rayon açıq birinciliyi  keçirilib.

Əvvəlcə idmançılar Beyləqan rayon Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri  düzərək xatirəsini ehtiramla yad etmişdir.

Sonra  güləşçilər  Beyləqan rayonunda fəaliyyət göstərən ən müəsir üslubda tikilmiş Olimpiya İdman Kompleksində yarışlara qatılmışlar.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səslənmişdir.

Sərbəst güləş üzrə  “Əməkdar məşqçi” müəllim Nofəl Hüseynov raport  verdi.

Beyləqan rayon Gənclər və İdman İdarəsinin rəis müavini Bakir Həsənov  çıxış edərək xalqımızın ümummilli lideri Hehdər Əliyevin həyatı və qurub, yaratdığı müstəqil Azərbaycanın çiçəklənən bir diyara  çevrilməsindən söz açdı. Bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətdən danışdı. 44 gün davam edən  Vətən müharibəsində idmançıların da döyüşlərdə  Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin əmri ilə işğalçı ermənilərə qarşı döyüşlərdə  göstərdikləri igidliklərdən, qəhrəmanlıqlardan bəhs etdi.

Bildirdi ki,  bu zaldan  dünya, Avropa, beynəlxalq yarışların qalibləri çıxıb. Sərbəst güləş üzrə  Nofəl müəllimin yetirməsi, hazırda  bu günkü  yarışlara hakimlik edən sərbəst güləş üzrə  gənclər arasında dünya üçüncüsü, Avropa ikincisi. Milli güləş üzrə dünya birincisi, Avropa ikincisi, dəfələrlə beynəlxalq yarışların qalibi İsrafilli Bəxtiyar Elman oğlunun, Yunanj Roma güləş növü üzrə “Əməkdar məşqçi” müəllim Kamil Fərzəliyevin  yetirməsi  dünya  beşincisi və beynəlxalq yarışların qalibi Yunisli Toğrul Hidayət oğlunun qazandıqları nailiyyətlərindən danışdı.

Sonra yarışlara start verildi. Gərgin və mübarizə şəraitində  keçən yarışlarda   birinci yerə Beyləqan güləşçiləri, ikinci yerə Xocavənd pəhləvanları, üçüncü yerə Füzuli güləş məktəbinin yetirmələri çıxaraq diplomlarla mükafatlandırıldı.

Elman İsrafiloğlu