Qarabağın avrokubok matçına hakim təyinatları açıqlandı

13:00 13-07-2021 357

UEFA Konfrans Liqasının İkinci təsnifat mərhələsi çərçivəsində iyulun 22-də Bakıda Tofiq Bəhrəmov adına Respublika Stadionunda baş tutacaq “Qarabağ” - “Aşdod” (İsrail təmsilçisi) qarşılaşmasına hakim təyinatları açıqlanıb.

Bu barədə UEFA-nın rəsmi saytında qeyd olunub.

Bakıda keçiriləcək mərhələnin ilk oyununu Polşadan olan hakimlər briqadası idarə edəcək. Oyunun baş hakimi Kristof Yakubik təyin olunub. Ona Arkadius Voycik və Tomaş Neymirovski kömək edəcək. Oyunun dördüncü hakimi isə Pyotr Lasik təyin olunub.

Xatırladaq ki, cavab oyunu 1 həftə sonra İsraildə keçiriləcək.