Leonardo Bonucci: “Kyellinini mundialda oynamağa razı salacağam”

15:00 13-07-2021 416

İtaliya millisinin müdafiəçiləri Leonardo Bonucci və Corco Kyellini 2022-ci ildə Qətərdə keçiriləcək Dünya Çempionatında çıxış etmək imkanlarını şərh ediblər.

Bu barədə “Sky Sport Italia” məlumat yayıb.

“Əgər mən sabah ümumiyyətlə qaça bilsəm əla olacaq. Donnarumma əlbəttə ki, çıxış edəcək. Leo da. Mənə isə baxarıq”, - deyə Kyellini bildirib.

Bonucci isə həmkarını mundialda çıxış etməyə inandıracağını bildirib.

“Mən onu razı salmağa çalışacağam. Birlikdə məzuniyyətə gedəcəyik və mən onunla danışacağam. Narahat olmayın”, - deyə Bonucci bildirib.

Qeyd edək ki, 36 yaşlı Corco Kyellini Avropa çempionatında final oynayan ən yaşlı kapitan olub, 34 yaşlı Bonucci isə finalda fərqlənən ən yaşlı oyunçu kimi tarixə düşüb.