Formula-1 ulduzu Avropa Futbol Çempionatının final oyunundan sonra qarət olunub - FOTO

20:00 13-07-2021 436

Formula - 1-in “McLaren” komandasında oynayan britaniyalı pilot Lando Norris Avropa Futbol Çempionatının final matçından sonra qarət olunub.

Bu barədə “The Sun” xəbər verir.

Bildirilir ki, İngiltərə-İtaliya matçı bitdikdən sonra iki naməlum şəxs Norrisi Londonun Uembli stadionundakı dayanacağında saxlayaraq 40.000 funt sterlinq (94 376 manat) dəyərində saatını oğurlayıb.

Landonun xəsarət almadığı bildirilir. Bununla belə onun sarsıldığı vurğulanıb.