“Beşiktaş” koronavirusa görə İspaniya səfərini ləğv etdi

00:00 14-07-2021 407

Türkiyə çempionu “Beşiktaş” yeni mövsüm hazırlıqları çərçivəsində İspaniyada keçirilməsi planlaşdırılan təlim-məşq toplanışını ləğv edib.

Bu barədə “Haber Global” məlumat yayıb.

Klub bu qərarı Avropada koronavirusa sutkalıq yoluxmanın yenidən yüksəlməsi ilə əlaqələndirib.

Xatırladaq ki, Türkiyə çempionu Alikante şəhərində 24 iyul-4 avqust tarixlərində təlim-məşq toplantısı keçirmək istəyirdi.