İngiltərə azarkeşləri Avro-2020 finalının yenidən oynanılması üçün petisiya başlatdı

03:20 14-07-2021 385

Futbol üzrə İngiltərə millisinin azarkeşləri Avro-2020 finalının yenidən oynanılması üçün petisiya yaradıblar.

Bu barədə “The Sun” məlumat yayıb.

Azarkeşlər əsasən Kyellinin Sakaya qarşı cərimə etdiyi epizodda qırmızı vərəqə almalı olmasına istinad edir. Həmin epizodda İtaliya millisinin müdafiəçisi İngiltərə millisinin təhlükəli hücumunun qarşısını cərimə ilə almışdı. Hakim isə Kyelliniyə sarı vərəqə göstərib.

Xatırladaq ki, oyunun əsas və əlavə vaxtında qalib müəyyənləşməyib. Finalda penaltilər seriyası İtaliya millisinin qələbəsi ilə başa çatıb.