Olimpiya Oyunları İstanbulda keçirilə bilər

08:40 14-07-2021 516

İstanbul 2036-cı ildə keçiriləcək Olimpiya Oyunlarının təşkilatçılığına namizədliyini irəli sürəcək.

Türkiyə KİV-də yayılan məlumata əsasən, bunu “İstanbul idman strategiyası və gələcək planlar” adlı tədbirdə çıxış edən şəhər bələdiyyəsinin sədri Əkrəm İmamoğlu bəyan edib.

O, bildirib ki, İstanbulun dünya idman xəritəsində layiqli yeri olmalıdır.

Qeyd edək ki, Rusiyanın Kazan şəhəri də 2036-cı il Yay Olimpiadasının təşkili hüququna yiyələnmək üçün namizədliyini irəli sürməyə hazırlaşır.