Serxio Ramos: “Biz üçlükdə böyük işlər görə bilərik”

18:00 14-07-2021 392

PSJ-yə transfer olmuş İspan müdafiəçisi Serxio Ramos “Real”ın (Madrid) ciddi cəhdlə öz heyətinə qatmaq istədiyi hücumçusu Kilian Mbappedən danışıb.

35 yaşlı futbolçunun fikirlərini “L’Equipe” nəşri dərc edib.

“Ona PSJ-də qalmağı məsləhət görürəm. Kilianın gələcəyinə qərar vermək hüququm yoxdur, amma onun Parisdə qalmasını istərdim. Kluba güclü futbolçular lazımdır, məsələn Kilian və Neymar. Üçümüz birlikdə böyük işlər görə bilərik”, - deyə S.Ramos vurğulayıb.