Səfər qolunun üstünlüyü qaydasının ləğvi ilk nəticəsini verdi

19:40 14-07-2021 384

Avrokuboklarda səfər qolunun üstünlüyü qaydasının ləğv edilməsi ilk dəfə olaraq matçın nəticəsinə birbaşa təsir göstərib.

“Matç TV”-nin məlumatına görə, Rumıniyanın “Kluj” kollektivi bu yenilikdən faydalanan birinci klub olub.  

Bosniya və Herseqovinanın “Borats” kollektivini iki görüşün nticəsinə görə üstələyən rumınlar növbəti mərhələyə yüksəliblər.

İlk oyunda “Kluj” 3:1 hesablı qələbə qazanıb. Səfərdə isə 2:0 hesabıyla məğlub olub və yeni qaydalara əsasən, matçda əlavə vaxt oynanılıb. Burada isə qonaqlar bir qol vurmaqla ümumi hesabda 4:3 irəli çıxaraq, tur adlayan tərəf olub.