AVRO-2020-nin ən baxımlı qolu seçilib – VİDEO

21:00 14-07-2021 486

UEFA AVRO-2020-nin ən baxımlı qolunu seçib.

Bu barədə qurumun saytında məlumat verilib.

Çexiya millisinin üzvü Patrik Şikin 45 metr məsafədən Şotlandiya millisinin qapısına vurduğu qol turnirin tarixində ən uzaqməsafəli qol olmaqla yanaşı, həm də sonuncu çempionatın ən baxımlı qolu kimi tarixə düşüb.

Qeyd edək ki, çexiyalı hüçumçu çempionat ərzində 5 qol vuraraq yarışın bombardirləri siyahısında birinci pilləni Portuqaliya seçməsinin ulduzu Kriştianu Ronaldu ilə bölüşüb.

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by UEFA EURO 2020 (@euro2020)