“Neftçi” Bakıda da “Dinamo”ya qalib gəldi - YENİLƏNİR + FOTO/VİDEO

23:00 14-07-2021 480

“Bakcell Arena”da keçirilən görüş Tbilisidə olduğu kimi flaqmanın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Beləliklə, qələbə qazanan “Neftçi” Çempionlar Liqasında II təsnifat mərhələsinə yüksəlib. Komandanın növbəti raunddakı rəqibi Yunanıstan “Olimpiakos” klubu olacaq.

İlk oyun iyulun 21-də səfərdə, cavab görüşü isə 1 həftə sonra Bakıda keçiriləcək. “Dinamo” isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

22:29

“Neftçi” 68-ci dəqiqədə hesabı 2:1 edir. Namiq Ələsgərov fərqlənir.

22:16

“Neftçi” hesabı bərabərləşdirir. 58-ci dəqiqədə penaltidən Emin Mahmudov fərqlənir - 1:1

22:12

“Dinamo” hesabı açdı. 51-ci dəqiqədə Milan Radin Tbilisi təmsilçisini önə keçirib - 0:1.

22:04

İkinci hissə başlayıb.

21:49

İlk hissə başa çatıb.

Birinci yarıdan sonra hesab açılmayıb - 0:0.

21:04

UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Neftçi”-“Dinamo” (Tbilisi) oyunu başlayıb.

“Bakcell Arena”da keçirilən görüşdə "Neftçi"nin start heyətində Aqil Mammadov, Mamadu Mboc, Voislav Stankoviç, Namik Ələskərov, Emin Mahmudov (k), Sezar Meza Kolli, Mert Çelik, Yusuf Laval, Ömər Buludov, Sabir Buqrin və Mamadu Kane yer alıblar.

Gürcüstan təmsilçisinin heyətində isə Roin Kvasxvadze, Bakar Kardava, Milan Radin, Giorgi Qabedava, Levan Xarabadze, Giorgi Papava (k), Simon Qbeqnon, Giorgi Kutsiya, Fabian Sporkslede, Zoran Maruşiç və Saba Xvadagiani meydana çıxıblar.

09:24

Bu gün Azərbaycan çempionu “Neftçi” Çempionlar Liqasının I təsnifat mərhələsində cavab oyununa çıxacaq. 

HerGun.Az xəbər verir ki, Gürcüstanın paytaxtı Tbilisidə keçirilən ilk oyunda “Dinamo” klubu üzərində qələbə qazanan “ağ-qaralar” bu qarşılamada da üstünlük qazanmaq niyyətindədir. 

“Bakcell Arena”da keçiriləcək oyun Bakı vaxtı ilə 21:00-da başlayacaq. 

Matçı Moldova Futbol Federasiyasından Dumitri Muntean idarə edəcək.

Qeyd edək ki, ilk oyunda “Neftçi” 2:1 hesablı qələbəyə sevinmişdi. Azərbaycan təmsilçisinin qollarını Namiq Ələsgərov və Emin Mahmudov vurmuşdu. “Dinamo” klubunun yeganə qolunun müəllifi isə Zoran Marusiç olub.