Kellini sonuncu penaltidə rəqibi çaşdırmağa çalışıb

07:40 15-07-2021 419

AVRO-2020-nin final oyununda italiyalı müdafiəçi Corco Kellini ingiltərəli futbolçu Bukayo Sakanın sonuncu penalti zərbəsini vurmağa hazırlaşdığı zaman “kirikoço” kəlməsini qışqırıb.

ESPN məlumat verir ki, İtaliyada bu söz rəqibi səhv etməyə məcbur etmək üçün istifadə olunur.

“Kirikoço” sözü adətən rəqib təhlükəli cərimə zərbəsini yerinə yetirərkən və ya qapıçı ilə üz-üzə qalanda deyilir.

Uca səslə ifadə olunan bu sözün rəqib oyunçunun səhv etməsinə səbəb olduğuna inanılır.

Xatırladaq ki, AVRO-2020-nin finalında “Arsenal”ın  19 yaşlı oyunçusu Saka 11 metrlik zərbəni dəqiq yerinə yetirə bilməyib və İtaliya Avropa çempionatının qalibi olub.