Putin Mehriban Əliyevanı təltif etdi
13:18 13-08-2019 731
Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı “Dostluq” ordeni ilə təltif edib.
“RİA Novosti” xəbər verir ki, Mehriban Əliyeva Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə bu ordenə layiq görülüb.
Mükafatlandırma haqqında fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.